30.04.2018
İsmayıllı Regional Mədəniyyətİdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsinin qocaman müəllimi Sevda Abdulrazaqovanın sinfində heykəltaraşlıq üzrə açıq dərs keçirilmişdir. Dərsin mövzusu Azərbaycan əsgəri və idmançı heykəllərinin hazırlanmasına həsr olunmuşdu. Şagirdlər böyük həvəslə kiçik həcmli heykəlləri düzəldərək, verilən tapşırığı vaxtında yerinə yetirmişlər. Açıq dərsdə Mərkəzin rəhbərliyi və Rəssamlıq şöbəsinin müəllimləri iştirak etmişlər.