Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və Müasir Azərbaycan”mövzusunda elmi-praktik konfrans

02.05.2018

 Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə və Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan"mövzusunda elmi-praktik konfrans keçirilmişdir.Konfrans iştirakçıları ilk olaraq Ümummilli lider H.Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.

      Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirov,Şamaxı Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov,Azərbaycan Pedaqoji Univesritetin Şamaxı filiyalının və Şamaxı Regional Kollecin müəllim və tələbə heyyəti,Şamaxı rayon məktəb müəllim və şagirdləri,həmçinin Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru ,müəllim və şagirdləri,Sabir qəsəbə icra nümayəndəsi Ramiz Məmmədov iştirak etmişdilər.

    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin göstərişinə əsasən Şamaxı rayon Təhsil Şöbəsi ilə Qobustan rayon Təhsil Şöbəsi arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır.Bu qərardan irəli gələn tədbirlər planına əsasən Qobustan rayon Təhsil Şöbəsindən də əməkdaşlar tədbirə dəvət edilmişdir.Tədbir iştirakçıları ilk olaraq Sabir qəsəbə tam orta məktəbin və  İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi şagirdlərininhazırladığı əl işləri və rəsm sərgisinə baxış keçirmişlər,sərgini Mərkəzin direktoru Namiq Rzazadə təqdim etmişdir. Daha sonratədbir  iştirakçıları məktəbin Akt zalına toplaşaraq elmi-praktik konfransın rəsmi hissəsini keçirmişlər. Tədbiri giriş sözü ilə Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova açmış,qonaqları salamlamışdır.Daha sonra ŞİH-nin baş məsləhətçisi Babaqədir Qədirov,ŞTŞ-nin metodkabinetin müdiri Ağakərim Ömərov,Qobustan şəhər 3 saylı tam orta məktəbin direktoru Əlibəy Abduləzizov,ADPU-n Şamaxı filialının tədris və elmi işləri üzrə müavini ,fəlsəfə elmləri namizədi Şahsəddin Mikayılov , İsmayıllı Regional Mədəniyyət  İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış etmişlər.Daha sonra müəllim və şagirdlərin məruzələri dinlənilmişdir.

Sonda tədbir iştirakçılarına Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin hazırladığları konsert proqramı təqdim olunmuşdur.