Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə xanım Əliyevanın xatirə günü İsmayıllıda qeyd olundu

28.04.2018

Azərbaycan oftalmologiya elminin, ümumilikdə səhiyyəsinin inkişafında  əvəzsiz xidmətləri olan Zərifə xanım Əliyevanın xatirə günü İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində qeyd edilib.
 Tədbir zamanı çıxış edənlər  Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə ətraflı danışıb.
  Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərifə xanım Əliyeva, onu yetişdirən ailə, Əliyevlər ailəsi barədə ətraflı danışıb.
  Xatirə günündə Rövşən Teyyubovun ifasında “Ana” və “Alagöz” mahnıları, Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səslənib, film və slaydlar nümayiş etdirilib.