Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il ötür.

12.12.2017

“Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bu günkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.” – bu müdrük sözlərin müəllifi,  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il ötür.

Türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatının anım günü qədir bilən xalqımız tərəfindən hər il ehtiramla yad edilir.

Eləcə də İsmayıllıda Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu üzrə mədəniyyət müəssələrinin kollektivləri rayon ictimayyəti ilə birgə anım mərasimində iştirak etmiş, Ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər.

Eyni zamanda Regional İdarənin tabeliyində fəaliyyət göstərən hər bir mədəniyyət müəssisələrində anım günü münasibətilə müxtəlif tədbirlər təşkil edilmişdir.

  İsmayıllı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İdarə etmə Məktəbi"nin növbəti məşğələsi keçirilmiş, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində dəyirmi masa təşkil edilərək böyük siyasi xadim  Heydər Əliyevin Azərbaycanın öz müstəqilliyini daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda əvəzsiz xidmətlərindən söhbət açılmışdır. Filiallar- Kürdmaşı, Qubaxəlilli kənd Yaradıcılıq Evləri, Qalagah kənd Yaradıcılıq Klubu, Qurbanəfəndi kənd Folklor Klubu və  Aşıqbayram Klubunda  anım günü münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. MKS-in Uşaq kitabxanasında məktəblilərə ölkəmizi, xalqımızı labüd fəlakətdən qurtararaq  gənc müstəqil dövlətimizi quran, yaradan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin həyat yaradıcılığından söhbət açılmışdır.

Şamaxı Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam etdirilmiş tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq dahi azərbaycanlı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışmış, Əsası Ulu Öndər tərəfindən qoyulmuş hərtərəfli inkişaf siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.Tədbirdə çıxış edən digər qonaqlar Ulu öndərin Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışaraq onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını bildirmişlər.Sonra Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən həmişə bizimləsən!” adlı sənədli filmə və Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolardan ibarət sərgiyə baxılmışdır. Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar təşkil olunmuş digər tədbirdə S.M.Qənizadə adına şəhər 1 saylı tam orta məktəbinin şagirdləri Ulu öndərə həsr olunmuş şeir kompozisiyası təqdim etmiş, Dahi Rəhbərin həyat və fəaliyyətini əks etdirən "Sən həmişə bizimləsən" filmi nümayiş olunmuşdur. İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi “Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü”-nə həsr olunmuş sərgi təşkil etmişdir.

Azərbaycanı və xalqımızı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qobustanlılar tərəfindən də yad edilmişdir. R.Behbudov adına Uşaq İncəsənət məktəbində  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfat etməsinin 14-cü il dönümünə həsr olunmuş anım tədbirində  məktəbin direktoru Zaur Cəfərov dünyan şöhrətli siyasi xadim Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən geniş bəhs etmiş və  Ulu öndərin ideyalarının Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirildiyini xüsusi olaraq vurğulamışdır. Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı film nümayiş olunmuşdur.

Ağsu rayon Mərkəzi kitabxanasında və Uşaq şöbəsində anım mərasimi keçirilmiş, tədbir zamanı Ümummilli liderin həyat və fəaliyyətinin bu və ya digər sahələri haqqında çıxışlar edilmişdir. Daha sonra “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub və “Dünyanı heyran qoyan insan “ başlıqlı sərgi tərtib olunmuşdur. Uşaq şöbəsində təşkil olunmuş dəyirmi masa zamanı şəhər 2 saylı məktəb şagirdləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər. Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa,  Çiyni kənd klubunda tədbir təşkil olunmuş, Əbədi Yaşar Şəxsiyyət  haqqında geniş məruzələr söylənmişdir. Yenilik kənd Sənətkarlıq klubunda “Sən həmişə bizimləsən!” adlı ədəbi kompozisiya hazırlanmışdır.