Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”BASQAL” tarixi-etnoqrafik kitabının təqdimat mərasimi

09.12.2017

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və  İsmayıllıda rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində Tofiq Babayev və Tahir Şahbazovun müəllifliyi ilə çap olunmuş "BASQAL" tarixi-etnoqrafik kitabının təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində iştirak edən qonaqların cərgəsində etnoqraf alim, akademik Teymur Bünyatov,akademik Nailə Vəlixanlı, professor Maisə Rəhimova, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, şair,astrofizik Bəhram Basqallı, Basqal İƏD üzrə nümyəndə Novruz Əsədov, müəlliflərdən professor Tofiq Babayev  də var idi.

Tədbir zamanı öncə Basqalın tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini, sənətkarlıq nümunələrini, mətbəxini əks etdirən sərgi nümayiş olundu, sonra  rəsmi hissədə tanınmış ziyalılar çıxışlar etdilər.

Tədbir məktəblilərin ifasında bəddi hissə ilə davam etdi.