Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi bəstəkar Fikrət Əmirovun 95 illik yubileyi

05.12.2017

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən   Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird kollektivi xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun anadan olmasının  95 illik yubileyi münasibəti ilə tədbir təşkil etdi. 
Tədbir, Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Fikrət Əmirov haqqında qısametrajlı filmin nümayişi ilə başlandı. Sonra Mərkəzin fortepiano  şöbəsinin müəllimi Vüsalə Eyvazova dahi bəstəkarın zəngin yaradıcılığından söz açaraq, Onun musiqimizin inkişafında necə yeni mərhələ açması, musiqimizi dünya miqyasında tanıtması, əsərlərinin böyük konsert salaonlarında səsləndirilməsi haqqında  geniş çıxış etdi.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri dahi bəstəkarın Azərbaycan mədəni irsinin qiymətli incilərindən sayılan əsərlərini məharətlə ifa etdilər. 
Sonda məktəbin direktoru hər kəsə gəldiyi üçün öz təşəkkürlərini bildirdi və qeyd etdi ki,  Fikrət Əmirovun əsərləri  xalqımızın yaddaşına əbədi həkk olunmuşdur və bu musiqiyə məhəbbət xalqımızın qəlbində əbədi  yaşayacaqdır.