Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda - ”Beynəlxalq Əlillər Günü”

02.12.2017

02 dekabr 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə  “Qala” şadlıq  sarayında Beynəlxalq Əlillər  gününə  həsr olunmuş tədbir təşkil olundu.
Tədbir öncəsi sarayın foyesində əlillərin  əl işlərində ibarət sərgisinin nümayiş olunması hər kəs tərəfindən çox bəyənildi və təqdirə layiq  hesab olundu. Tədbirdə iştirak edən səxavətli insanlar  çoxsaylı əl işləri  və yaradıcılıq  nümunələrini almaqla həm onlara mənəvi cəhətdən sevinc bəxş etdillər, həm də  maddi dəstək  oldular.
Tədbir zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov çıxış edərək qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması  ilə əlillərin sosial müdafiəsi, onların  həyatına, sağlamlığına  dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilib.Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  yaşayış binaları istifadəyə verilib.  Çoxları xüsusi avtomobillərlə təmin olunub, ehtiyacı olanlar  müxtəlif dərəcəli reabilitasiya kurslarına göndəriliblər. M.Sadıqov  bildirib ki, bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin  əlillərin ehtiyaclarına  və problemlərinə, onların cəmiyyətə  tam  qovuşması  üçün maksimum  əlverişli  şərait  yaradılmasına  daim diqqət  yetirməyinin bariz nümunəsidir.
          Tədbirdə QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, Dövlət qulluğu veteranı Valeh Salehov, Rayon veteranlar şurasının sədri Əlaləm Babayev, UADM-nin direktoru Lətifə Əliyeva da çıxış etdilər. Onlar  əlillərin  ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını  bildirdilər.
        Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının  müşaiəti ilə musiqi kollektivlərinin, İsmayıllı Uşaq İncəsənət Məktəbinin rəqs qrupunun, 2 nömrəli körpələr evinin  balaca fidanlarının rəqsləri və şeirləri,  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin oxuduqları şeirlər, göstərdikləri rəqslər, tədbirdə iştirak edən əlil bacı-qardaşlarımızın ruhunu oxşadı, onlarda xoş əhval-ruhiyyə yaratdı.
Sonda bədii söz, rəsm, şer yaradıcılığı və nərd oyununda  fərqlənən əlillərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.