Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

El sənətkarı Aşıq Yanvarın anadan olmasının 75 illik yubiley tədbiri

28.11.2017

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış el sənətkarı Aşıq Yanvarın (Yanvar Bədəlov) anadan olmasının 75 illik yubiley tədbiri  İsmayıllı rayonunda silsilə şəkildə təşkil olundu.  Qalacıq, Mollaisaqlı və digər kəndlərdə geniş şəkildə qeyd olunan yubiley tədbiri  yekun  olaraq 28 noyabr 2017-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təntənəli şəkildə qeyd olundu.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov  Aşıq Yanvarın həyat və yaradıcılığından geniş söhbət açdı və ona xatirə hədiyyəsi təqdim etdi.

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı öz çıxışı zamanı aşıq haqqında xoş sözlər söylədi, ona öz səmimi arzularını bildirdi.

 Aşıq Altay, Aşıq Samirə, Açıq Əli, ustad aşığın şagirdi Aşıq Elman, regionun tanınmış aşıqlarının bir-birindən maraqlı ifaları, Aşığın şeirlərinə bəsdələnmiş mahnılar izləyicilərin ruhunu oxşadı.

İsmayıllı rayon ictimaiyyətinin, mədəniyyət müəssisələri kollektivlərinin  iştirak etdiyi tədbirdən hər kəs xoş əhval-ruhiyyə ilə ayrıldı.

Mərkəzin foyesində Aşıq Yanvarın həyat və yaradıcılığını  əks etdirən sərgi təşkil olunmuşdur.