Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tvinninq layihəsi çərçivəsində görüş

20.11.2017

“Mədəniyyət üzrə rayonların inteqrasiyalı idarəetmə modelinə dair İtaliya təcrübəsi” proqram çərçivəsində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin ali qonağı Gianni Bonazzi ilə birgə bir qurup nümayəndə heyətinin İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları ilə görüşü keçirildi. Görüşün məqsədi  “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində həyata keçirilən işlərin və gələcəkdə görülməsi nərərdə tutulan yeni konsepsiyanın hazırlanması haqqında fikir mübadiləsi aparmaq və layihənin təkmilləşdirilməsinə öz töhfələrini verməkdir. Turizm Universitetinin ekspertləri Andre Porta, Alessi Re, Rezident Tvinninq Müşaviri Alessandro Bianki və Gianni Bonazzi müzakirələr zamanı regionda inkişaf etmiş bir çox sənətkarlıq sahəsi üzrə brendləşmənin yaradılması, Mədəniyyət müəssiələrinin idarə olunması və pullu xidmətlərə həyata keçirilməsinə dair təkliflər irəli sürülmüşdür. Lahıc qəsəbə misgərlərinin və Qalacıq kənd xalçaçılarının “ABAD”la birgə əməktaşlığı yüksək qiymətləndirilmişdir.