Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Tvinninq layihəsi çərçivəsində İtaliyanın Lombardiya regionuna tədqiqat səfərində olmuşdur.

10.11.2017

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti cari ilin 3-10 noyabr tarixində İtaliyanın Lombardiya regionunda tədqiqat səfərində olmuşdur. Səfərin mövzusu “Mədəniyyət üzrə rayonların inteqrasiyalı idarəetmə modelinə dair İtaliya təcrübəsi”dir. Qeyd olunan proqram çərçivəsində nümayəndə heyəti İtaliyanın Val Kamonika Mədəniyyət Rayonu (Qayaüstü Rəsmlər - 1979-cu ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir), Valtellina Mədəniyyət Rayonu (Terraslı Üzüm bağları marşrutu - Abidələrin, landşaftın, kənd təsərrüfatının, şərab-qastronomiyasının birləşməsi) və Kremona Mədəniyyət Rayonuna (Ənənəvi skripka sənətkarlığı - 2012-ci ildə Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir) sahə səfərləri etmiş və görüşlər keçirmişdir. Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi  “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində həyata keçirilmişdir. Səfərdə Mədəniyyət və Turizm Nazirliyini Nazirliyinin Proqram təminatı və texniki təchizat şöbəsinin müdir müavini Qabil Abbasov, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri və Tvinninq İşçi qrupunun Katibi Nuriyyə Məmmədova, Hüquq sektorunun böyük məsləhətçisi Nərmin Əli, eləcə də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov iştirak etmişdir.