28.03.2018
İsmayıllıda Yeni Azərbaycan Partiyasının aprel ayının 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində "İlhamla irəli" adlı zirvə toplantısı keçirilib.
Tədbir zamanı YAP Mərkəzi seçki qərargahının üzvləri, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov, Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva iştirak etmişlər.
İlk öncə giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova Zirvə görüşünü açıq elan etdi. Sonra YAP Mərkəzi seçki qərargahının üzvləri və gələn digər qonaqlar çıxış etmişlər.
Zirvə görüşü konsert proqramı ilə davam etdirilib, respublikanın tanınmış incəsənət ustalarının çıxışı hər kəsdə əsl bayram əhval-ruhiyyəsi yaradıb.
İsmayıllı rayon ictimaiyyəti bu tədbirdə iştirak edərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında olduqlarını bildirmişlər.