25.11.2026
Korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı videokonfrans keçirilib
Noyabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 9 dekabr – Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü ilə əlaqədar “Korrupsiyaya qarşı mübarizə tədbirləri” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev və Şamaxı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova çıxış edərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, bu sahədə qanunvericiliyin tələbləri, şəffaflığın və hesabatlılığın təmin olunması, etik davranış prinsiplərinə riayət edilməsi barədə fikirlərini bölüşüblər.
Çıxışlarda vəzifə səlahiyyətlərindən düzgün istifadə, korrupsiya risklərinin qarşısının alınması, xidməti fəaliyyət zamanı dürüstlük, məsuliyyət və qanunçuluq prinsiplərinin əsas götürülməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə və şəffaf idarəetmə mühitinin formalaşdırılması hər bir əməkdaşın məsuliyyətli mövqeyindən və fəaliyyətində etik prinsiplərə sadiqliyindən asılıdır.