06.11.2025
Şamaxıda 8 noyabr - Zəfər Günü qeyd olunub
5 noyabr 2025-ci il tarixində Şamaxı rayon Mədəniyyət Mərkəzində 8 noyabr - Zəfər Günü qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi naminə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Eşq” ansamblı, Aşıq Məmmədağa Babayev adına “İncə tellər” aşıqlar ansamblı çıxış edib, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında Zəfər Gününə həsr edilən ifalar səsləndirilib və “Şuşa, sən azadsan” sənədli filmi nümayiş olunub.