28.11.2025
İsmayıllıda “Havalansın Şirvan Sazı” adlı tədbir keçirilib.
Noyabrın 27-də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Havalansın Şirvan Sazı” adlı tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi v.m.i.e Şəhriyar Soltan, İsmayıllı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nəsimi Teymurov, AMEA-nın Mifalogiya şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Seyfəddin Rzasoy, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü Aşıq Şahniyar Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Əməkdar mədəniyyət işçisi, "Tərəqqi" medallı Sahibə Abdullayeva, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, Aşıq Elman Talıstanlının və digər sənətkarların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.