05.12.2025
Şamaxıda “Arzuların yaratdığı gələcək” tamaşası nümayiş olunub
4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq yazıçısı Məqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Arzuların yaratdığı gələcək” tamaşası nümayiş olunub.
Tamaşanın Quruluşçu rejissoru — Raul Türkan, Səhnələşdirmə — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, Quruluşçu rəssamı — Mustafa Mustafayev, Kostyum rəssamı — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, Musical tərtibat — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, Xoreoqrafı — Azərbaycanın Əməkdar artisti Nigar Rzayeva, Rejissor assistentləri — Azərbaycanın Əməkdar artisti İnna İmranova və Yuliya Limarevadır.
Tamaşada Azərbaycanın Əməkdar artistləri: İnna İmranova və Milana Sokolenko, gənc istedadlı aktyorlar Tamerlan Abdullayev, Rəşad Əliyev, Coxar Abdullayev, Ruslan Pavlov, Sabina Asim, Təmilla Abutalıbova, Aylin Türkan, Dilarə Nəzərova, Samirə Rəhimova, Səma Vəliyeva iştirak ediblər. Tamaşa Məqsud İbrahimbəyovun hekayələri əsasında səhnələşdirilib.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.