12.06.2025
"Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir keçirilib.
12 iyun 2025-ci il tarixində Şamaxı rayonu üzrə gənclər və idman sektorunun akt zalında Şamaxı rayon Heydər Əliyev Mərkəzinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və YAP-nın Şamaxı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü"nün qeyd olunması məqsədi ilə "Böyük xilaskarın qayıdışı" mövzusunda tədbir keçirilib
İlk öncə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Sonra Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktotu Könül Eyvazova, DŞRGİİ-nin sektor müdiri Şahmar Hüseynov, DŞRGİİ-nin sektor müdiri Rəşad Osmanov və YAP-ın Şamaxı rayon Təşkilatının sədr müavini Altay Qasımov çıxış edərək gənclərə mövzu üzrə ətraflı məlumat verib.
Tədbirdə qeyd edilib ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və günlər olur. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış belə günlərdən biridir. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazmışdır.