12.12.2025
Ulu Öndər Heydər Əliyevin Anım günü keçirilib.
Konistutsiya və suverinlik ili çərçivəsində 10 dekabr 2025-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin, YAP İsmayıllı Rayon Təşkilatının və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nilufər Mursaliyeva, “Tərəqqi” medallı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva, eləcə də rayon mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Çıxış edən natiqlər vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mədəni irsin qorunması, elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmişdir. Onlar həmçinin Ulu Öndərin ideyalarının bu gün də ölkəmizin inkişafına rəhbərlik etdiyini diqqətə çatdırıblar.
Tədbir iştirakçıları həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olublar. Sərgidə Heydər Əliyevin dövlətçilik fəaliyyətini, ölkəmizin ictimai-siyasi həyatındakı rolunu və mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən nadir fotolar nümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyevin xatirəsi tədbir iştirakçıları tərəfindən böyük hörmət və dərin ehtiramla yad edilib. Tədbir, eyni zamanda, Konstitusiya və suverenlik ilinin əhəmiyyəti çərçivəsində ölkəmizin müstəqillik və dövlətçilik dəyərlərinin qorunmasının vacibliyi bir daha qeyd olunub.