Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda Konstitusiya Günü qeyd olunub

12.11.2025

İsmayıllıda Konstitusiya Günü qeyd olunub.

12 noyabr – Konstitusiya Günü münasibətilə Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib. Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı rayon prokurorluğunun nümayəndəsi İlkanə Cabbarlı, rayon məhkəməsinin əməkdaşı Vüqar Əhmədov, Təhsil sektorunun müdiri Rəşid Məmmədov, həmçinin şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, idarə əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Konstitusiyaya həsr olunmuş sərgiyə baxış olub. Daha sonra tədbiri açan Nəsimi Teymurov Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsini elan edib. Ardınca şəhidlərin və Konstitusiyanın müəllifi, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Konstitusiyanın qəbuluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edən natiqlər ölkə Konstitusiyasının əhəmiyyəti, onun suverenlik, demokratiya və insan hüquqlarının qorunması sahəsində rolu barədə fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçıları Konstitusiyanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və onun Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd ediblər.