Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

20.09.2025

İsmayıllıda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

 İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə “Suverenlik: keçmişin mirası, gələcəyin zəmanəti” mövzusunda tədbir keçirilib. Tədbir  Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Dağlıq Şirvan regional bölməsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev, eləcə də mədəniyyət və təhsil müəssisələrinin nümayəndələri, ictimaiyyət üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər vurğulayıb ki, Azərbaycanın dövlət suverenliyi xalqımızın azadlıq iradəsinin təcəssümüdür və bu dəyərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri olmuşdur. Ulu Öndərin siyasi uzaqgörənliyi, dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar müstəqilliyimizin dayanıqlı və dönməz xarakter almasına zəmin yaradıb.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini yalnız siyasi yox, həm də iqtisadi, hərbi və ideoloji sahələrdə uğurla təmin edir. Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən şərəfli səhifələrindəndir.

 Azərbaycanın suverenliyi gələcək nəsillərə ötürüləcək müqəddəs bir miras, dövlətin inkişafının və xalqın rifahının təminatıdır. Bu baxımdan, suverenlik uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi daim hörmət və ehtiramla anılmalı, gənc nəsil dövlətçilik dəyərləri ruhunda tərbiyə olunmalıdır.

Sonda tədbir iştirakçıları bu qəbildən maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini qeyd edərək, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.