Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirildi

08.05.2024

8 may 2024-cü il tarixində Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyində tədbir keçirildi.

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirildi.

Öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mirzə Ələkbər Sabirin ev Muzeyinin direktoru R.Xəlilzadə Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdı. Qeyd etdi ki, Müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoymuşdur. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Mühazirəçilər və muzeyin əməkdaşları Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən məruzə ilə çıxış etdilər və müzakirələr aparıldı.