Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Od çərşənbəsi

01.03.2023

İsmayıllıda Od çərşənbəsi qeyd olunub

28 fevral 2023-cü il tarixdə İsmayıllı rayon Mərkəzi Meydanında Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi qeyd edilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, digər müəssisə və idarələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə el arasında bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər. 

Təbiətə və təbiətin ayrılmaz parçası olan insanlara həyat enerjisi – dirilik verən odun real həyatdakı funksiyası qədim mifik görüşlərdə də öz inikasını tapıb. 

Tədbirdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının ifasında Novruz bayramına həsr edilən mahnılar səsləndirilib, rayon sakinləri təbiətin oyanışının rəmzi olan bayram tonqalı ətrafında yallı gediblər.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət