Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımı

26.02.2023

İsmayıllı rayon Mədəniyyət  müəssisələrinin əməkdaşları 25 fevral 2023- cü il tarixində "Xocalı soyqrımının" 31-ci ildönümü münasibəti ilə " Ana harayı" abidəsini ziyarət etdilər

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bu gün səhər saatlarından başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə İsmayıllı sakini “Soyqırım abidəsi”nədək yürüş ediblər.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, yürüş iştirakçıları abidənin önünə qızılgül və tər qərənfillər düzüb, Xocalı qurbanlarının və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

#MinistryforCulture 
#MədəniyyətNazirliyi 
#İsmayıllıRMİ
#Azərbaycan 
#mədəniyyət
#JusticeforKhojaly