Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın və rəhbərlik etdiyi Azərbaycanın ilk qadın orkestri “Mezzo”nun 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti olub

15.06.2022

15 iyun 2022-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın və rəhbərlik etdiyi Azərbaycanın ilk qadın orkestri “Mezzo”nun 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti olub.

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram konsertində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə aparıcı Tərlan Əliyev iştirakçıları salamlayaraq ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O vurğulayıb ki, məhz Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanda mövcud olan xaosa, özbaşınalığa son qoyuldu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik bərpa olundu, bütün sahələrdə canlanmaya, inkişafa başlandı.

 

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan xanım Hacıyevanın və rəhbərlik etdiyi “Mezzo” orkestrinin, habelə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbinin solistlərinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənildi, alqışlarla qarşılandı.

 

İki saatadək davam edən bayram konserti iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

 

#MinistryforCulture

#MədəniyyətNazirliyi

#Azərbaycan

#İsmayıllıRMİ

#mədəniyyət