Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib

14.06.2022

14 iyun 2022-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib.

 

Konfransda İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mahmud Süleymanov, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil xanım Əhmədova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

 

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izlənilib.

 

Konfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, İkinci Qarabağ müharibəsi şəhidi, mayor Mürsəliyev Sübhinin anası Cəmilə Mürsəliyeva, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə, İsmayıllı rayon Mücəftəran kənd tam orta məktəbinin müəllimi Ülvi Osmanlı çıxış ediblər.

 

Tədbirdə çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın tarixində yeni bir səhifə açılmasından, ölkədə olan xaos, böhran, vətəndaş müharibəsinin sona çatmasından, ölkənin bütün sahələrində inkişafın, quruculuq və canlanmanın getməsindən söz açıblar. Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt onun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.