Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsində “Şuşa İli”nə həsr edilən “Mədəniyyətimizin beşiyi Şuşa” adlı tədbir keçirilib

01.06.2022

İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa İli”nə həsr edilən “Mədəniyyətimizin beşiyi Şuşa” adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.

 

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə "Şəhidin yuxusu" adlı filmə baxılıb və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Xalq teatrının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Səməd Vurğunun “Vaqif” dramından ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə çıxış edən aparıcı 2020-ci il 27 sentyabrda başlayan, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmasından bəhs edib.

 

Daha sonra Azərbaycan Respublikasının Əməkdar artisti, Sənət akademiyasının rəhbəri Aybəniz Haşımova və sənət akademiyasının tələbələri, “Niyal” instrumental ansamblının solistləri, Aşıq Elman Talıstanlı çıxış ediblər.