Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında bədii qiraət müsabiqəsinin yekunu keçirilib

18.05.2022

18 may 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında bədii qiraət müsabiqəsinin yekunu keçirildi.
 

Tədbir iştirakçıları dahi şairin müəllimi Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirlərini ziyarət ediblər. Hər iki şairin məzarı üzərinə tər çiçəklər qoyulub və yaradıcılığı haqqında çıxışlar edilib.
 

Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev- Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, müsabiqənin təşkilatçısı Rəqsanə Xəlilzadə tədbirdə giriş sözü ilə çıxış edərək M.Ə.Sabirə ümumxalq sevgisindən, dövlətin şairin xatirəsini əbədiləşdirmək üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib.
 

Tədbirdə iştirak edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, münsiflər heyəti qismində ADPU-nun və BDU-nun baş müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, baş müəllim, Sabir yaradıcılığının tədqiqatçısı Eyvaz Eminaliyev, Dağlıq Şirvan Regional Təhsil  İdarəsinin əməkdaşı Nişanə Eyyubova, Şamaxı Hazırlıq Mərkəzinin və Şərədil tam orta məktəbinin müəllimi Xəyalə Xəlilova çıxışlarında Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan muzeylərində çalışan muzey işçilərini peşə bayramı münasibətilə təbrik edib, müsabiqəni xalqımızın milli-mənəvi dəyərlərinə, M.Ə.Sabir irsinə, Sabir yaradıcılığına ən böyük qiymət kimi dəyərləndiriblər.Tədbirdə Şamaxı rayon ziyalıları, təhsil, mədəniyyət işçiləri və Sabirsevərlər iştirak edirdilər.
 

Müsabiqənin keçirilməsində əsas məqsəd Mirzə Ələkbər Sabir yaradıcılığının təbliği, gənc nəslin şairin ədəbi irsi ilə yaxından tanışlığı, bədii qiraət üzrə istedadlı şagirdləri üzə çıxarmaq, onları həvəsləndirməkdir. Keçirilən yekun bədii qiraət müsabiqəsində qalib olan şagirdlər muzeyin direktoru R.Xəlilzadə tərəfindən "Fəxri Fərman", təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət