Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsində “Mədəniyyətimizin beşiyi - Şuşa” adlı tədbir keçirilib

25.04.2022

25 aprel 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Mədəniyyətimizin beşiyi - Şuşa” adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.

 

İlk öncə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində Şuşada anadan olan və yaşayıb yaradan incəsənət xadimlərinin fotoşəkillərindən ibarət sərgiyə, Şuşa mövzusunda çəkilən rəsm əsərlərinə, Şuşa mətbəxi nümunələrinə baxış keçirilmişdir.

 

Tədbirin bədii hissəsində qədim mədəniyyət paytaxtı olan Şuşa ilə bağlı ətraflı məlumat verilmiş, Şuşada yaşayıb yaratmış görkəmli incəsənət xadimlərinin əsərlərindən ibarət musiqilər, teatr səhnələri təqdim edilmişdir. Daha sonra “Muğam” televiziya müsabiqəsi laureatları Mirələm Mirələmov, Nisbət Sadrayeva, Əməkdar mədəniyyət işçisi Sahibə xanım Abdullayeva, Rövşən Teyyubovun iştirakı ilə mövzuya aid musiqi nömrələri səsləndirilmişdir.

 

#MinistryforCulture

#MədəniyyətNazirliyi

#Azərbaycan

#İsmayıllıRMİ

#mədəniyyət