Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muğam” televiziya müsabiqəsinin növbəti seçim turu İsmayıllı rayonunda keçirilib

16.04.2022

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəkliyi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam” televiziya müsabiqəsinin növbəti seçim turu 16 aprel 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub.

 

Seçim turunda çıxış edən namizədlər arasında Səidə Həmidova, Səfiyyə Yaqublu, Turab Məmmədzadə, Teymur Əzizli, Daşqın Kürçaylı, İsmayıl Talıbxanzadə, Adəm Əmralıyev növbəti mərhələyə keçiblər. Bu münasibətlə İsmayıllı Regional Mədəniyyət İdarəsi adından namizədləri təbrik edir, növbəti mərhələdə müvəffəqiyyətlər arzulayırıq.

 

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yayımlanacaq.

 

Final mərhələsinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi planlaşdırılır.

 

#MinistryforCulture

#MədəniyyətNazirliyi

#Azərbaycan

#İsmayıllıRMİ

#mədəniyyət