Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 aprel - Dünya İncəsənət Günü münasibəti ilə İsmayıllı rayonunda tədbir keçirilib

15.04.2022

15 aprel 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Dünya İncəsənət Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, RİH-in əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.

 

Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub. 2020-ci ildə birinci dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

 

Tədbirdə ilk öncə açıq havada sərgiyə və əl işlərinə baxış keçirilib. İsmayıllı rayon Mərkəzi Meydanında keçirilən konsert proqramında “Niyal” instrumental ansamblının solistləri, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin "Çingiz" ritm və xoreoqrafiya qrupu, kənd filiallarının uşaq kollektivi çıxış ediblər, onların çıxışları izləyicilərdə xoş təəssüratlar yaradıb.

 

#MinistryforCulture

#MədəniyyətNazirliyi

#Azərbaycan

#İsmayıllıRMİ

#mədəniyyət