Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimi keçirilib

23.02.2022

23 fevral 2022-ci il tarixdə tanınmış jurnalist Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimi keçirilib. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, digər idarə və müəssisələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. 

 

Media və PR sahəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulan kitabda müəllif media sahəsində 22 ildə yaşadığı, əldə etdiyi və öyrəndiyi təcrübələrini bölüşüb. 

 

Diskussiya formasında keçirilən tədbirdə Səmayə Məmmədova iştirakçıların suallarını cavablandırıb. Sonda müəllif oxucular üçün kitab imzalayıb və xatirə şəkli çəkdirilib.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət