Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun növbəti görüşü İsmayıllı rayonunda baş tutub

23.02.2022

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən görüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, digər idarə və müəssisələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. 

 

İştirakçılara yeni karyera imkanlarının yaradılmasında köməklik göstərmək, onlara müvafiq iş istiqamətlərində dəstək olmaq məqsədilə keçirilən müsabiqədə qeydiyyat mərhələsindən keçmək istəyən namizədlərə köməklik göstərilib və sualları cavablandırılıb. 

 

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.  

 

Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət