Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr edilən tədbir keçirilib

02.02.2022

2 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər Həftəsi” çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı rayon nümayəndəliyinin - İsmayıllı Gənclərinin birgə təşkilatçılığı ilə "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr edilən tədbir keçirilib. 

 

"2 fevral Azərbaycan Gəncləri Günü"nün 25 illik yubileyi münasibətilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva, digər idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər. 

 

Tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər günü mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.

 

Tədbirdə "Niyal" instrumental ansamblının solistlərinin ifasında mahnılar səsləndirilib və rayon gənclərinin ifasında bədii kompozisiya və rəqslər nümayiş olunub. 

 

Daha sonra rayonun istedadlı gəncləri İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı rayon Təhsil şöbəsi tərəfindən "Fəxri Fərman"larla təltif ediliblər.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət