Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami Gəncəvi - 880” adlı tədbir keçirilib

21.12.2021

20 dekabr 2021-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə "Nizami Gəncəvi - 880" adlı tədbir keçirilib. 

 

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər. 

 

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması məqsədilə keçirilən tədbirdə Nizami yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. "Niyal" instrumental ansamblı, Xalq teatrı və "Lahıc" folklor kollektivinin ifasında dahi şairin qəzəlləri və instrumental ansamblın solistlərinin ifasında əsərlərindən mahnılar səsləndirilib. 

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət