Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalıya ədalət”

22.02.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzi kitabxananın Uşaq şöbəsinin və Şamaxı şəhər 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı tədbir təşkil edildi.

   Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dünyada qətl və qəddarlıq simvolu və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğuladılar.

   Məktəbin şagirdləri faciənin qurbanlarından bəhs edən müxtəlif kompozisiya ilə çıxış etdilər. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği olmaqla Xocalı faciəsini unutmamağa çağırış idi.