Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əbədiyaşar lider” adlı tədbir keçirilib

10.12.2021

10 dekabr 2021-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 12 dekabr –Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar lider" adlı tədbir keçirilib.

 

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, digər müəssisələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər. 

 

İlk öncə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevə həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar və rəsm əsərləri nümayiş olunub. Tədbirin bədii hissəsi Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında film nümayiş olunub və Ulu Öndərin hakimiyyəti illərində əldə olunan nailiyyətlərdən bəhs edilib.

 

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin siyasi hakimiyyət illərində ölkənin bütün sahələrində yeni dövrün başlanması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Mədəniyyət Mərkəzinin solistlərinin, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan və sevdiyi mahnılardan bir neçəsi səsləndirilib.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət