Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərin xatirəsinə həsr olunan abidə-kompleksin açılış mərasimi keçirilib

12.11.2021

11 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Diyallı kəndindən olan şəhid Lətifli Orxan Xancan oğlunun anım günündə Diyallı şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-kompleksin açılış mərasimi olub. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova, M.İ.H.İ-nin İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva, idarənin və müəssisələrin əməkdaşları, şəhid ailələri iştirak ediblər.
 

İlk öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edildiyini, qazanılan Zəfərin şəhidlərimizin qanı, canı bahasına əldə olunduğunu bildiriblər. Daha sonra Orxan Lətiflinin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub.
 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət