Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsinin, İsmayıllı rayon Təhsil Şöbəsinin və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilən gənclər arasında inşa-yazı müsabiqəsinə start verilmişdir

24.09.2021

24 sentyabr 2021-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin, İsmayıllı rayon Təhsil Şöbəsinin və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilən gənclər arasında inşa-yazı müsabiqəsinə start verilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Şanlı Qələbəmizin canlı şahidi olmuş gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaq və onlara dövlətçilik, vətənə sevgi hissini aşılamaqdır.

Müsabiqənin açılış mərasimində İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və İsmayıllı rayon Təhsil şöbəsinin əməkdaşı Ülviyyə Zeynalova iştirakçıları salamlamışdır. Tədbirdə 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun əldə etdiyi qələbədən danışılmış və müsabiqə iştirakçılarına uğurlar arzulanmışdır.

Müsabiqənin yekununda təşkilatçılar tərəfindən qaliblərin mükafatlandırılması mərasimi keçiriləcəkdir.