Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsinin və Dövlət Turizm Agentliyinin tabeliyində olan “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Lahıcda konsert proqramı keçirilib

27.06.2021

26 iyun tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin və Dövlət Turizm Agentliyinin tabeliyində olan “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Lahıcda konsert proqramı keçirilib. Konsert proqramında Lahıc Xalq folklor kollektivi, Aşıq Elman Talıstanlı, Şamaxıdan olan Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov çıxış ediblər.Konsert proqramı Lahıc sakinləri və turistlər tərəfindən böyük maraqla qarşılanıb, onlarda yüksək əhval-ruhiyyə və böyük maraq yaradıb.

Həmçinin Lahıcın mərkəzi küçəsində dörd kitab stellajı yerləşdirilib və “Oxuduğun kitabı gətir, oxumadığını apar” devizi altında aksiya keçirilib. Ziyarətçilər kitab stellajlarındakı kitablardan digər ilə əvəzləmək şərtilə pulsuz istifadə edə biləcək.