Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ”Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda onlayn konfrans və ”Xəmsə” intellektual oyunu keçirilib

15.06.2021

14 iyun 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, İsmayıllı rayon Təhsil Şöbəsi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu" mövzusunda onlayn konfrans və "Xəmsə" intellektual oyunu keçirilib.

Konfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları, Qəbələ, Şamaxı və İsmayıllı rayon Heydər Əliyev Mərkəzlərinin direktorları Kəmalə Qasımova, Könül Eyvazova, Mayıl Fərəcov və müəssisə rəhbərləri iştirak ediblər.

Onlayn konfransın açılışında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Himn səsləndirilib. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrü əhatə edən film nümayiş olunmuşdur.

İlk öncə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov konfrans iştirakçılarını salamlayaraq öz çıxışında bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz ağır günlərdən keçmiş, ölkə daxilində separatçılıq, vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin şəraitdə, xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək ölkədə ictimai-siyasi sabitliyi bərpa etmiş, siyasi böhranı aradan qaldırmışdı. Məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra xalqımızın müstəqillik tarixində yeni bir dövr başlandı. Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də həmişə diqqət mərkəzində saxlanmışdır.

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Kəmalə Qasımova çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın tarixində dönüş nöqtəsi olduğunu bildirmişdi.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Eyvazova Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edərək bildirmişdi ki, ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Mayıl Fərəcov öz çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə, eləcə də Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən bəhs etmişdir.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin, İsmayıllı rayon Təhsil şöbəsi,İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar klubu İctimai birliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Parkda günün mövzusuna uyğun olaraq sərgi nümayiş olunmuş, musiqi nömrələri səslənmiş və " Xəmsə " intellektual oyunu keçirilmişdir. Oyunda “Diyallı”, “Dəmir Yumruq”, “Təfəkkür”, “Error” komandaları iştirak etmişdi. “Diyallı” 1-ci yer, “Dəmir Yumruq” 2-ci yer, “Təfəkkür” 3-cü yerə və kuboklara layiq görüldülər,digər komandalar da “Fəxri Fərman”larla təltif olundular.