Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yazıçı Gülsüm Adilqızı və Qəbələ rayonundan olan şəhid anası Şirinova Şəhla Şakir qızı ilə görüş

11.06.2021

11 iyun 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin və müəssisələrin əməkdaşları yazıçı Gülsüm Adilqızı və Qəbələ rayonundan olan 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş XTQ-in leytenantı Şirinov Sahil Həsrət oğlunun anası Şirinova Şəhla Şakir qızı ilə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin akt zalında görüş keçirib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov yazıçı Gülsüm Adilqızına təqdim etdiyi kitablara görə təşəkkürünü bildirdi və şəhidlərimizə Allahdan rəhmət diləyərək qazilərimizə tezliklə şəfa tapmasını arzu etdi.

Yazıçı Gülsüm Adilqızı "Vətən salnaməsinin qəhrəmanları", "Murad ömrü", "Şəhidlik zirvəsinin fatehləri" və Selcan Elməddinqızı (Şükürzadə) "Uşaq dünyam" kitabları mərkəzi kitabxanaya hədiyyə edilmişdir.

Tədbir başa çatdıqdan sonra İsmayıllı şəhərinin mərkəzi meydanında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısında xatirə şəkli çəkilmişdir.