Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələri ziyarət olunub

01.06.2021

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələri ziyarət olunub.
 1 İyun 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və M.İ.H.İ-nın İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva II Qarabağ müharibəsində şəhid olmuş Qurbanəfəndi, Qalıncaq kəndlərindən və İsmayıllı şəhər Qarabağ qəsəbəsindən olan Sübhi Mürsəliyevin, Fuad Nəcəfovun və Nicat Həsənquliyevin ailələrini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin keçdikləri şərəfli döyüş yolu və qəhrəmanlıqları haqqında geniş məlumat almışlar və şəhidlərin ailələrinə diqqət və qayğı göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğu bir daha bildirilmişdir. Daha sonra şəhid övladlarını 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim ediblər.
 #MinistryforCulture
 #MədəniyyətNazirliyi 
#Azərbaycan 
#İsmayıllıRMİ 
#mədəniyyət