Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllimi,Vətən müharibəsi şəhidi Əliyev Rauf İlyas oğlunun xatirəsinə hazırlanmış barelyefin təqdim edilməsi mərasimi keçirilib

26.05.2021

26 may 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllimi,Vətən müharibəsi şəhidi Əliyev Rauf İlyas oğlunun xatirəsinə hazırlanmış barelyefin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Millət vəkili Şahin Seyidzadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vətən uğrunda şəhid olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, xatirə barelyefinin açılış mərasimi qeyd olundu.

Əliyev Rauf İlyas oğlu 11 fevral 1993-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş,2008-2012-ci illərdə isə S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil aldıqdan sonra, 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlhan Əliyevin sərəncamlarına,əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin!