Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xarıbülbül” musiqi festivalında iştirak edən folklor kollektivləri ilə görüş keçirildi

20.05.2021

19 may 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsində "Xarıbülbül" musiqi festivalında iştirak etmiş "Lahıc", "Slavyanoçka" Xalq və "Cəngi" folklor kollektivlərinin üzvləri ilə görüş keçirilmişdir. Görüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, idarənin əməkdaşları, M.İ.H.İ-nın İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva və İsmayıllı rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin hərb və diplomatiya sahəsində əldə etdiyi uğurun nəticəsində uzun müddətli fasilədən sonra Şuşanın Cıdır düzündə keçirilmiş "Xarıbülbül" musiqi festivalının mühüm əhəmiyyəti ilə bağlı ətraflı məlumatlar verildi.

Görüş zamanı folklor kollektivlərinin üzvləri festivalla bağlı təəssüratlarını bölüşdülər və Heydər Əliyev Fondunun rəhbərliyinə yüksək təşkilatçılıq və göstərilmiş diqqətə görə öz minnətdarlıqlarını bildirdilər. Daha sonra folklor kollektivlərinin üzvlərinə İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən "Fəxri Fərmanlar" təqdim edildi. Sonda folklor kollektivləri ilə xatirə şəkli çəkildi.

Məlumat üçün bildiririk ki, Lahıc folklor kollektivi 1987-ci ildə yaradılıb. 2019-cu ildə isə Mədəniyyət Nazirliyi tərəfindən Lahıc Xalq folklor kollektivi adını almışdır. İvanovka folklor kollektivi 1995-ci ildən etibarən "Slavyanoçka" adı ilə tanınmağa başlayıb. Qəbələ rayonunun Nic kəndində yaşayan udinlərdən ibarət olan "Cəngi" folklor kollektivi isə 1984-cü ildə yaradılıb.