Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ”Heydər Əliyev və qadın siyasəti” mövzusunda dəyirmi masa keçirilib

03.05.2021

3 may 2021-ci il tarixində Şamaxı rayon M.Ə.Sabir ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və qadın siyasəti" mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru R.Xəlilzadə açaraq qeyd edib ki, respublikada qadın hərəkatının genişlənməsi Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Sonra muzeyin əməkdaşları M.Nəcəfova və N.Cabarova milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınlarının bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasında, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verdiyindən söhbət açdılar.