Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı rayon M.Ə.Sabirin ev Muzeyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar ”Sirli qələm” adlı onlayn şeir müsabiqəsi keçirilib

05.05.2021

05 may 2021-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon M.Ə.Sabirin ev Muzeyinin və Şamaxı YAP Gənclər birliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Şamaxı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Sirli qələm” adlı onlayn şeir müsabiqəsi keçirilib.

Şamaxı YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova müsabiqəni açıq elan edərək şagirdlərə uğurlar arzu edib və sözü M.Ə.Sabirin ev Muzeyinin direktoru R.Xəlilzadəyə verdi.

Onlayn tədbirdə çıxış edən M.Ə.Sabirin ev Muzeyinin direktoru  əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə və İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Şamaxı rayon üzrə nümayəndə) Rəfail Tağızadə və münsiflər heyətinin üzvləri Səadət Rüstəmova və Mətanət Daşdəmirova 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin Azərbaycan ədəbiyyatına göstərilən diqqətin nəticəsi olduğunu vurğulayaraq, Nizami Gəncəvinin daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından, bəşəriyyətin bədii fikir salnaməsində parlaq səhifə açmış ölməz əsərlərinin  bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərməsindən söhbət açıb ,müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.             

Qaliblərə diplom və mükafatlar isə 07 may 2021-ci il tarixində saat 10.00-da M.Ə.Sabirin ev Muzeyində təqdim olunacaq.