Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən elə bir zirvəsən” adlı onlayn mahnı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

08.05.2021

08 may 2021-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə keçirilən “Sən elə bir zirvəsən” adlı yeniyetmələr və gənclər arasında onlayn mahnı müsabiqəsinin qaliblərinin xüsusi karantin rejiminin qaydalarına əməl etməklə mükafatlandırılma mərasimi keçirilib.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin Heydər Əliyevin həyatını,siyasi fəaliyyətini əks etdirən şəkillərlə və ədəbiyyatlarla tanış olublar.

Mükafatlandırılma mərasimində İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov çıxışlarında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, Ulu Öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan ediblər.

Onlayn platformada keçirilən mahnı müsabiqəsinin iştirakçıları üç nəfər üzvdən ibarət yaradılmış komissiya tərəfindən üç nominasiya üzrə qiymətləndirilib. Belə ki, xalq mahnıları(muğam,təsnif) nominasiyası üzrə birinci yerə Məhərrəmli Fərid Elşən oğlu, ikinci yerə Məhərrəmli Aydın Elşən oğlu və üçüncü yerə Piriyeva Könül Seymur qızı, solo ifa nominasiyası üzrə Abdullalı Cavanşir Vüqar oğlu, ikinci yerə Vahabov Rəhman Hikmət oğlu və Vəliyev Seymur Teymur oğlu, üçüncü yerə Salahov Təbriz Seymur oğlu, bəstəkar mahnıları nominasiyası üzrə birinci yerə Həsənov Etibar Etiram oğlu, ikinci yerə Səmədov Vüsal Şahid oğlu, üçüncü yerə isə Süleymanova Nərmin Əlişir qızı layiq görülüblər.Qalib gəlmiş iştirakçılar İsmayıllı Regional Mədəniyyət İdarəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.