Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ”Əbədiyaşar Lider” adlı tədbir keçirilib

08.05.2021

08 may 2021-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları və tabeliyində fəaliyyət göstərən rayon mədəniyyət müəssisələrinin rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil xanım Əhmədova, idarənin əməkdaşları və rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyatını,siyasi fəaliyyətini əks etdirən şəkillərlə və ədəbiyyatlarla tanış olub. Daha sonra "Nizami Gəncəvi İli" çərçivəsində hazırlanmış kompozisiyaya və rəsm sərgisinə baxış keçirildi.

Tədbir mövzuya uyğun hazırlanmış musiqi nömrələri ilə başa çatdı. Tədbir iştirakçılarına İdarə tərəfindən hazırlanmış Ulu Öndərin İsmayıllıya səfərlərinə həsr olunmuş xüsusi bukletlər paylanıldı.