Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələrinə ziyarət davam etdirilir

08.05.2021

7 may 2021-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Mədəniyyət Nazirliyinin əməkdaşları, idarənin işçiləri və Mədəniyyət işçiləri, Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsinin sədri Şamaxı şəhərində Şəhid Əliyev Rauf İlyas oğlunun, Şəhid Heydərov Sabir Ceyhun oğlunun və Şəhid Zərbalıyev Ziyad Nərman oğlunun ailələrini ziyarət etmişlər.

Ziyarət zamanı Şəhidlərin keçdiyi döyüş yolundan söhbət açılmış, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından,Vətən Müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarından danışılmışdır.

İdarə rəisi Elçin Nəcəfov dövlət səviyyəsində Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açmış və bu ailələrə mənəvi dəstəyin hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.