Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı rayon ümumtəhsil məktəbləri arasında keçirilən ”Sirli qələm” adlı onlayn şeir müsabiqəsinin qalibləri bu gün diplom və hədiyyələrlə təltif olunublar

07.05.2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi ilə bağlı olaraq Azərbaycanın bütün bölgələrində olduğu kimi Şamaxı rayonunda da şairin 880 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bununla əlaqədar olaraq,  5 may 2021-ci il tarixində Şamaxı rayon M.Ə.Sabirin ev Muzeyi və Şamaxı rayon YAP  Gənclər birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Sirli qələm" adlı onlayın şeir müsabiqəsi keçirilib. 7 may 2021 -ci il tarixində isə  qalib olan şagirdlərə diplom və hədiyyələr təqdim olunub.

1-ci yer
Şamaxı rayon A. Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin 8-ci sinif şagirdi Sərxanova Gülbahar Coşqun qızı

2-ci  yer
Şamaxı rayon M.Hadi adına 9 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Haydımova Lalə.

2-ci yer
Şamaxı rayon M.Veyisov adına 6 saylı tam orta məktəbin şagirdi Babazadə Mehdi Nizami oğlu

3-cü yer
Şamaxı rayon Avropa liseyi tam orta məktəbinin 6-cı sinif şagirdi Zeynalzadə Banu Zaur qızı

3-cü yer

Qəhrəmanova Fatimə Anar qızı


Şamaxı rayon S.M.Qənizadə adına 1saylı tam orta məktəbin 4 -cü sinif şagirdi Qəhrəmanova Fatimə Anar qızı.

Həvəsləndirici yer
Şamaxı rayon S.M.Qənizadə adına 1saylı tam orta məktəbin 6-cı sinif şagirdi Bayramova Ayşən Hidayət qızı

Şamaxı rayon Avropa liseyi tam orta məktəbinin 6-cı sinif şagirdi Əbilhəsənova Rəsmiyyə Ramil qızı

Şamaxı rayon A.Ağayev adına Qaravəlli tam orta məktəbinin 7-ci sinif şagirdi Musayeva Aygün Maşallah qızı