Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən Şəhid ailələri ziyarət olunub

06.05.2021

6 may 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva rayonun Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Musayev Ramil Aydın oğlunun və Lətifli Orxan Xancan oğlunun ailələrini ziyarət etmişlər.

Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı onların keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumatlar verilmiş, xoş xatirələr yad edilmişdir. Daha sonra Şəhidlərimizin şəkilləri, şəxsi əşyaları, ömür yolu və xidmətini əks etdirən foto şəkillərlə tanış olunub.

Onu da qeyd edək ki, yaşasaydı, Ramilin bu gün 30 yaşı olacaqdı. Ramil Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə, Orxan isə Şuşa döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmışlar.

İdarə rəisi Elçin Nəcəfov dövlət səviyyəsində Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açmış və bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.